MDB İqtisadi Şurasının 97-ci iclası

post-img

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbay­canı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

Qırğız Respublikasının sədrliyi ilə keçirilən iclas nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü ilə başlayıb. Görüşdə MDB-də iqtisadi əməkdaşlı­ğın aktual məsələlərinə dair fikir müba­diləsi aparılıb. MDB-nin aqrar-sənaye kompleksi üzrə Hökumətlərarası Şu­rasının 2019–2022-ci illərdə fəaliyyəti və Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətlərinin geniş tər­kibli görüşündə nüvə enerjisinin ictimai məqbulluğunun formalaşdırılmasında MDB-yə üzv dövlətlər arasında əmək­daşlığın əsas istiqamətləri, 2030-cu ilə qədər olan dövr üçün MDB ölkələrinin innovasiyalar sahəsində əməkdaşlığı­nın Dövlətlərarası Proqramının iştirak­çıları olan dövlətlərin innovasiyaların kommersiyalaşdırılması mərkəzlərinin fəaliyyəti məsələlərinə baxılıb.

İclasın yekununda radiasiya vəziy­yəti ilə bağlı monitorinq məlumatlarının mübadiləsində MDB-yə üzv dövlətlə­rin qarşılıqlı fəaliyyəti haqqında saziş layihəsi, “Radionaviqasiya” Dövlətlə­rarası Şurasının 2018–2021-ci illərdə fəaliyyəti haqqında, Müstəqil Dövlət­lər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli sazişə də­yişikliklər edilməsi barədə Protokolun layihəsi, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin yer təkindən istifadə və onun mühafizəsi üzrə 2021–2025-ci illər üçün birgə işlərin uzunmüddətli planının icrası haqqında layihə və digər sənədlər imzalanıb.

MDB İqtisadi Şurasının növbəti icla­sının bu il iyunun 23-də onlayn format­da keçirilməsi qərara alınıb.

İqtisadi Şura öz işini MDB İqtisadiy­yat Forumu ilə davam etdirib.

Son xəbərlər