Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır

post-img

Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur.

Bunu 16 mart tarixində Azərbaycanın Ağdam rayo­nunda iki dinc sakinin ölümünə səbəb olan mina partlayışı ilə əlaqədar Trend-in sorğusuna ABŞ səfirliyindən cavab olaraq bildiriblər.

"ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində hə­lak olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda mi­nalar və partlamamış hərbi sur­satlar dinc sakinləri öldürməyə və şikəst qoymağa davam edir", - diplomatik nümayəndə­likdən bildirilib.

Səfirlik ABŞ-ın humanitar minatəmizləmə işlərini dəstək­lədiyini qeyd edib.

"Regionda sülhə və əmək­daşlığa kömək etmək məqsə­dilə ABŞ 2021-ci ilin noyab­rından münaqişə rayonlarında humanitar minatəmizləmə işlə­rinə 2,5 milyon dollar vəsait ayı­rıb",- ABŞ səfirliyindən deyiblər.

Qeyd edək ki, Ağdam ra­yonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəl­lüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Sosial həyat