Ermənistan XİN-in bəyanatı Azərbaycana qarşı törədilən təxribatları ört-basdır etmək cəhdidir

post-img

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə yalan və iftira dolu bəyanatı Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi və gələcəkdə törədə biləcəyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.

Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in bəyanatına cavabında yer alıb.

A.Hacızadə bildirib ki, Ermənis­tan tərəfindən 30 illik işğal dövrün­də yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin Ermənistan tərəfindən məqsədli şəkildə dağı­dılması; təbii sərvətlərimizin talan­ması; 4 minə yaxın vətəndaşımızın itkin düşməsi və kütləvi məzarlıq­ların aşkarlanması; Ermənistanın mina təhdidlərini davam etdirmə­si; ərazi bütövlüyü və suverenliyə, eləcə də üçtərəfli Bəyanat çərçivə­sində öhdəliklərə zidd olaraq Azər­baycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmama­sı; Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi; indiki Ermə­nistan ərazisindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə hə­yata keçirilməsi faktlarının və Qər­bi Azərbaycan İcmasının öz doğma torpaqlarının təhlükəsiz və ləyaqət­li şəkildə qayıtması tələbinin Er­mənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə ve­rilməsi tamamilə əsassızdır.

Eynilə həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illər­dən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Er­mənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağı­dan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirən Ermə­nistan tərəfinin Azərbaycanın “Qər­bi Azərbaycan İcması” ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riya­karlıqdır.

Otuz ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata ke­çirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən Ermə­nistanın, Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən və bu əraziləri bərpa etməsindən son­ra məcburi köçkünlərin və qaçqın­ların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur.

Qeyd olunub ki, Azərbaycan öz ərazisində yaşayan erməni sakin­lərin reinteqrasiyası istiqamətində artıq addımlar atmaqdadır. Azər­baycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənis­tan tərəfi isə bunun əksinə, Qərbi Azərbaycan İcmasının dialoq təkli­fini tamamilə rədd edib. Bu isə Er­mənistanın bölgədə sülh və sabit­likdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir.

Vurğulanıb ki, Azərbaycan tərə­fi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsin­də bütün zəruri addımları atacaq.

Siyasət