Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert keçirilib.
XQ xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Rusiya Federasiyasının və Tacikistan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfirləri Aleksey Yerxov və Abducabbor Rahmonzoda, dövlət rəsmiləri, türk dünyasından şairlər, yazıçılar və sənətçilər, tələbələr, media nümayəndələri və diaspor üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişaf strategiyasının formalaşdırılmasındakı tarixi rolundan söz açıb.
Digər çıxışçılar bu kimi tədbirlərin proqramı Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar əlaqələrin inkişafına, eləcə də xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildiriblər.
Tədbirin bədii hissəsində Özbəkistanın və Azərbaycanın xalq artisti, tanınmış müğənni Fərrux Zakirov, gənc müğənni və bəstəkar İsmayıl Zeynalov, pianoçu Müşfiq Quliyev çıxış ediblər. Onların musiqi nömrələri görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə ehtiramın bədii ifadəsi olub.







