Fransa Senatı “pensiya etirazları”nı nəzərə almadı

post-img

Dünən Fransa Prezidenti Emmanuel Makronun pensiya islahatları ilə bağlı təklifi qəbul etməyəcəyi təqdirdə parlamenti buraxacağı barədə hədəsindən sonra ölkə Senatı qanun layihəsinin yekun variantını təsdiqləyib. Məlumatı “Kommersant.ru” verib.
Sənəddə təqaüd yaşının 2030-cu ilə qədər 62-dən 64-ə qaldırılması nəzərdə tutulur. Bu qayda 1961-ci ildə və sonra anadan olanlara aiddir. Eyni zamanda, 2027-ci ildən etibarən 43 il ərzində sığorta ödənişi etmək tələb olunur. Bu staj olmasa, pensiyaya 67 yaşda çıxılacaq. 
Senatda 345 senatordan 193-ü sənədin lehinə, 114-ü əleyhinə səs verib. Xatırladaq ki, pensiya islahatları Fransada kütləvi etirazlara səbəb olub. Bu ərəfədə keçirilən sayca altıncı aksiyada 500 mindən çox insan iştirak edib.

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Son xəbərlər