Liviyada uran yoxa çıxıb

post-img

Liviya səhrasındakı xüsusi meydanda qorunan 2,5 ton zənginləşdirilmiş uran yoxa çıxıb. Bu barədə MAQATE-nin başçısı Rafael Qrossi bəyan edib. Məlumatı UNİAN yayıb. 


İtki barədə bu günlərdə məlumat yayılıb. Söhbət 10 ədəd çəlləkdə saxlanılan təxminən 2,5 ton təbii urandan gedir. “MAQATE nüvə materialının götürülməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq və yerini müəyyənləşdirmək üçün tədbirləri davam etdirəcək”, – deyə Qrossi bildirib. 


Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Son xəbərlər