Baxmut uğrunda döyüşlər davam edir

post-img

Ukraynanın hərbi komandanlığı Baxmut da daxil olmaqla, ölkənin şərq rayonlarının gücləndirilməsini və rus ordusunun maksimum itkiyə məruz qoyulmasını tələb edir. Belə bir bəyanatla Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. Məlumatı “Euronews” yayıb. 
Müharibənin öyrənilməsi institutunun məlumatına görə, hazırda əsas döyüşlər Baxmutda gedir. Rus ordusu şəhərin içərilərinə doğru irəliləməkdədir və hər gün hücumları davam etdirir. ABŞ-ın analitik mərkəzindən bildirilib ki, geolokasiya çəkilişləri Rusiya qüvvələrinin Baxmutun cənubunda Sadovıy küçəsinin dərinliklərinə daxil olduğunu göstərir. Şimalda isə “Vaqner” bir neçə iri sənaye müəssisəsini ələ keçirib. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Son xəbərlər