Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra ölkənin cənub-şərqindəki iki vilayəti ağzına almış daşqınlar nəticəsində 20 nəfər həlak olub və itkin düşüb. Məlumatı “Euronews” verib.
Daxili işlər naziri Süleyman Soylu bildirib ki, Şanlıurfada 12 nəfər həlak olub, onlardan beşi suriyalıdır. Adıyamanda isə biri yaşyarımlıq uşaq olmaqla 2 nəfər ölüb. Beş nəfər itkin düşüb.
Onun sözlərinə görə, daha çox zəlzələ nəticəsində böyük dağıntıya məruz qalmış Adıyaman və Malatya əyalətləri zərər çəkib. Hadisə yerində 160 nəfərdən artıq xilasedici və dalğıc işləyir.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”