İraqda türkmanların yığcam yaşadıqları Kərkuk əyalətində rəsmi yazışmalarda və dövlət idarələrində türk dilinin istifadəsinə icazə verən qərar qəbul edilib. İraqın Baş naziri Məhəmməd Şiya Əlsudani bununla bağlı qərar imzalayıb.
Türkiyə KİV-in məlumatına görə, bir müddət əvvəl türkmanların yaşadıqları bölgədə rəsmi olaraq yalnız ərəb və kürd dillərindən istifadəyə icazə verilib. Yeni qərar türkmanların ciddi etirazlarından sonra qəbul edilib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

