İran dünyaya başağrısı yaradır

post-img

İran təkcə Yaxın Şərq üçün təhdid deyil, həm də bütün dünya üçün problem yaradır. Belə bir bəyanatla ABŞ-ın müdafiə nazirinin köməkçisi Dana Stroll çıxış edib.

Stroll Tehran və Moskva arasında hərbi əməkdaşlığın genişlənməsinə və xüsusən də İranın Rusiya ordusuna pi­lotsuz uçuş aparatları vermə­sinə diqqət çəkərək, İran və Rusiyanın məkrli əməkdaşlı­ğına qarşı mübarizə aparmaq üçün qlobal koalisiya yaratma­ğa çağırıb.

“İranın Ukraynada öyrən­diyi və təkmilləşdirdiyi taktika, üsul və prosedurların bir gün Yaxın Şərqdəki tərəfdaşları­mıza qarşı istifadə olunaca­ğını güman etmək ağlabatan­dır”, – Stroll bildirib.

 

 Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər