Ukrayna diversantları Rusiyada

post-img

Dünən Rusiyanın Bryansk vilayətinə silahlı hücum edilib. Ölkə mətbuatının məlumatına görə, vilayətin Klimov rayonuna Ukraynadan, təxminən, 50 nəfərdən ibarət diversiya qrupu daxil olub. Rayonun Lyubeçan kəndində mağazada 6 yerli sakin girov götürülüb. Məlumatı “İnterfaks.ru” verib. 

Rusiya Müdafiə Nazirli­yi və Federal Təhlükəsizlik Xidmətinin bölmələri dövlət sərhədini pozmuş silahlıların məhv edilməsi üzrə əməliyyat aparıb. Klimov rayonu Uk­raynanın Çerniqov vilayəti ilə həmsərhəddir.

Bryanskın qubernatoru Aleksandr Boqomaz deyib ki, diversantlar hərəkətdə olan avtomobilə atəş açıb, nəticədə bir nəfər həlak olub, 10 yaşlı uşaq yaralanıb. Şahidlər isə bildiriblər ki, Suşanı kəndində dörd nəfər girov götürülüb. 

Bəzi məlumatlara görə, 2022-ci ilin avqustunda yara­dılmış Ukrayna Ərazi Müda­fiəsi Qüvvələrinin Beynəlmiləl Legionunun tərkibinə daxil olan “Rus könüllülər korpusu” məsuliyyəti öz üzərinə götü­rüb.

Rusiya Prezidenti Vladi­mir Putin Bryanska hücumla əlaqədar Təhlükəsizlik Şurası­nın təcili iclasını çağırıb.

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Son xəbərlər