İlk ərəb astronavt

post-img

Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya astronavtlarının birgə kosmik missiyasına start verilib. Onları Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq “SpaceX” kompaniyasının “Falcon” raketi ABŞ-nin Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılıb.

Altı ay davam edəcək kosmik missiya kos­mik fəzada yeni tədqiqatlar apara­caq. BƏƏ-dən olan Sultan Əl-Neyadi uzunmüddətli kos­mik səyahətə yollanan ilk ərəb astronavt olub.

Bu kosmik missiya ötən ilin oktyabrından bəri Bey­nəlxalq Kosmik Stansiyada olan ABŞ–Rusiya–Yaponiya astronavtlarını əvəz edəcək. Missiyanın rəhbəri Stefen Bouen bildirib ki, Ukrayna müharibəsi ilə əlaqədar ABŞ ilə Rusiya arasında gərginliyə baxmayaraq, iki ölkə kos­mos sahəsində əməkdaşlığı davam etdirir.

 

“Xalq qəzeti”

Son xəbərlər