ABŞ PUA-ları hədəfi üzdən tanıyacaq

post-img

ABŞ pilotsuz uçuş aparatları üçün süni intellektlə üztanıma texnologiyasını tətbiq etməyə hazırlaşır.

Belə ki, ölkənin hərbi hava qüvvələri­nin avtonom pilotsuz uçuş aparatları üçün süni intellekt əsaslı üztanıma texnologiya­sı hazırladığı bildirilir. Müdafiə Nazirliyi və “RealNetworks” şirkəti arasında bağlanan müqaviləyə əsasən, üztanıma ilə təchiz edilmiş pilotsuz təyyarələr xüsusi əməliyyatlar personalı tərəfindən yerli axtarış əməliyyatları və kəşfiyyat məlumat­larının toplanması üçün istifadə olunacaq.

Qeyd edək ki, dronların bu funksiya ilə təmin olunması xəbəri artıq çoxları tərəfindən narahatlıqla qarşılanıb. Çün­ki bu, ABŞ-ın pilotsuz uçuş aparatları ilə bir insanı hədəfə ala biləcəyi ehtimalını doğruldur.

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər