Təbrizdə futbol şərhçisini ana dilində danışmağa qoymadılar

post-img

Güney Azərbaycanda futbol şərhçisi Məhəmməd Rəcəbi daha bir ayrı-seçkiliyə məruz qalıb. Bu dəfə doğma Təbrizdə yerli “Traktur”un Tehranın “Nəvadar” komandası ilə görüşündə idman müxbirinin Azərbaycan dilində veriliş aparmasına imkan verilməyib. 

Tanınmış futbol aparıcısı və şərhçisi narazılığını belə ifadə edib: “Zəlzələ ilə bağlı yaranmış acına­caqlı şəraitə görə bir neçə kəlmə türkcə danışmaq istəsəm də buna icazə verilmədi. İndi fasilədən isti­fadə edib sizinlə türkçə danışıram. Qəhrəman millətimizə demək istə­yirəm ki, əl-ələ verib zəlzələdə dağı­lan evlərimizi yenidən tikəcəyik”. 

 

“Xalq qəzeti”

Son xəbərlər