“Heydər Əliyev və media”

post-img

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının, RİH-in və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar konfrans keçirilmişdir.


Tədbir iştirakçıları ümummilli liderin abidəsini, Zəfər Kompleksini və Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri düzüblər.
Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin, Türkiyədə zəlzələ nəticəsində həlak olan qardaş və bacılarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Heydər Əliyev və media” adlanan tədbirdə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, Heydər Əliyev siyasi məktəbi daim öyrənmək üçün zəngin  mənbədir. Dahi şəxsiyyət hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirib.
KİV nümayəndələri İlqar Musaoğlu, İbrahim İbrahimov, Əlmaniz Ələkbərov çıxışlarında qeyd ediblər ki, Azərbaycanda zamanın nəbzini tutan sağlam mətbuatın formalaşmasında ümummilli liderin əvəzsiz xidmətləri olub. Heydər Əliyev və Azərbaycan mətbuatı əbədi bir mövzudur. Ulu öndər hər zaman mətbuatın önəmini yüksək dəyərləndirib və peşəkar, obyektiv jurnalistikaya xoş münasibət bəsləyib. Ölkədə mətbuat üzərindən senzuranın ləğvi, redaksiyaların nəşriyyat  borclarının   silinməsi və s. məhz ümummilli liderin göstərişləri ilə reallaşmışdır.    


Partiya veteranı Tahir Məmmədov çıxışında bildirib ki, ulu öndər rəhbər işlədiyi dövrdə KİV nümayəndələrinə açıq və əlçatan olmuşdur. Heydər Əliyev ilk olaraq Azərbaycanda İKT-nin təmin olunmasına köməklik göstərmişdir.


RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova dünya şöhrətli böyük ictimai-siyasi xadim Heydər Əliyevi çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət kimi xarakterizə edib. O bildirib ki, dahi şəxsiyyət insanların vahid məqsədə yönəldilməsində mətbuatın, informasiyanın səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.


Sonda bir qrup mətbuat nümayəndəsinə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər