Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.
KOBİA-dan “XQ”-yə verilən məlumata əsasən, “Startap” şəhadətnamələri “Sampler” MMC-nin onlayn marketinq platforması, “Professor Rahimov Academic Medical Center” MMC-nin proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın özünəxidmət köşkləri, “Vita Travel” MMC-nin onlayn platforma, “Suber” MMC-nin mobil tətbiq, “Buylink” MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələrinə təqdim edilib.
KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ