“ALCO” MMC-də istehsal və ixrac artıb

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC istehsal fəaliyyətini getdikcə genişləndirir. Nəticədə, müəssisənin xarici bazarlara çıxış imkanları da getdikcə artır.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 9 ayında zavodda 83 milyon manata yaxın məhsul istehsal edilmişdisə, cari ilin müvafiq dövründə bu göstərici 27 faiz artaraq 105,5 milyon manata çatıb. Bununla yanaşı, 2024-cü ilin yanvar-sentyabr aylarında ixrac əvvəlki ilin eyni dövrünə nisbətən 26 faiz artıb. Zavodda istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

Qeyd edək ki, “ALCO” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində sürtkü yağları və mayelərin, eləcə də kimyəvi qatqıların istehsalı ilə məşğul olur. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə hazırda 178 daimi iş yeri yaradılıb.

İqtisadiyyat