Elektrik təchizatında uğurlu islahatlar

post-img

Görülmüş işlər sistemin dayanıqlığını artırıb

Son illər ölkəmizdə istehlakçıların elektrik şəbəkələrinə qoşulması ilə bağlı müəyyən çətinliklər, qeyri-müəyyənliklər müşahidə olunurdu. Xüsusən də yerlərdə podratçıların sifarişçilərə münasibətində fərqli yanaşmalara, qiymət diktəsinə və sui-istifadə hallarına yol verilir, bu sahədə qeyri-şə a ıq hökm sürürdü. Əksər hallarda isə əhali istehlakçıları bu sahədə qiymətlərin yüksək olmasından narazılıqlarını bildirirdilər. Bu səbəbdən də elektrik şəbəkələrinə qoşulma ilə bağlı neqativ təsirlərin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqinə ehtiyac var idi.

Məlum olduğu kimi, Tarif (qiymət) urasının müvafiq qərarına əsasən, 2024-cü il iyunun 3-dən ölkəmizdə elektrik şəbəkələrinə qoşulma xidmətləri üzrə yeni tari ərin tətbiqinə başlanılıb. Belə ki, Tarif urasının qərarına əsasən, Azərbaycanda elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlı təchizat üzrə 10 kilovatadək 40 manat, 1 fazlı təchizat üzrə 10 kilovatdan yuxarı 60 manat, 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat, orta gərginlik üzrə 170 manat məbləğində müəyyənləşdirilib.

Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edirlər. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalması üçün imkan yaradıb.

Yeri gəlmişkən, Tarif urasının elektrik şəbəkələrinə qoşulma xidmətləri ilə bağlı yeni qiymət tənzimləməsinə dair məlum qərarına əsasən məişət abonentlərinə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kilovatdan da başlamağa icazə verilir. Bu halda tələb olunan güc 3 kilovatadək olduqda xərc enir, 4 kilovat olduqda xərc sabit qalır, 5 kilovat və ondan artıq olduqda isə xərc artır. Xatırladaq ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə xərc əvvəllər 160 manat təşkil edirdi. Hazırda isə əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kilovatadək qoşulmalar 97,4 faiz təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir.

Yeni ödəniş məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kilovat daxil) ödəniş məbləğləri 60-75 faiz azalıb. Bu, həm də 3 fazlı və tələb olunan güc 20 kilovatdan 50 kilovatadək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödənilən məbləğə təsir göstərir. Tələb olunan güc 50 kilovatdan 200 kilovatadək olduqda isə məbləğ artır.

Ekspertlər elektrik şəbəkələrinə qoşulma ilə bağlı ödənişlərin məbləğində edilən mövcud dəyişikliyi təqdirəlayiq hesab edirlər. Onların fikrincə, yeni mexanizm proseslərin diferensial formada, individual olaraq tənzimlənməsinə imkan verir. Artıq elektrik şəbəkəsinə qoşulma ilə bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffəflığın artmasına, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşmasına səbəb olub. Bu da, öz növbəsində, eneri təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsi üçün imkan yaradıb. Bununla yanaşı, elektrik şəbəkələrinə qoşulma qiymətlərinin müəyyənləşdirilməsi aztəminatlı təbəqədən olan daha həssas qrupların xərclərinin azalmasına gətirib çıxarıb.

 

İqtisadiyyat