İnformasiya və rabitə sektorunda artım

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 8 ayında Azərbaycanda informasiya və rabitə sektorunda 1 milyard 428,9 milyon manatlıq (2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çox) məhsul istehsal edilib.

Avqust ayında isə bu sektorda 190,3 milyon manatlıq məhsul buraxılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9,4 faiz çoxdur. İnformasiya və rabitə sahələrinin ÜDM-də payı 1,8 faiz təşkil edib. Xatırladaq ki, cari ilin ötən 8 ayında respublikamızda 80 mil­yard 960,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqa­yisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyat