Dəniz daşımalarının 80 faizi xarici yüklərdir

post-img

Cari ilin yanvar–avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 5 milyon 643,7 min ton yük daşınıb. Bunun da 48,3 faizi neft yüklərinin payına düşüb. 

Hesabat dövründə ölkənin dəniz limanlarında 9 milyon 269 min ton yükləmə–boşaltma işləri həyata keçirilib. Ümumi yüklərin 7 milyon 421,9 min tonunu və ya 80,1 faizini tranzit yüklər təşkil edib. 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi isə 409,1 min ton olub. 

Bununla yanaşı, cari ilin 8 ayında dəniz nəqliyyatı ilə 18,7 min nəfər sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 20,6 faiz çoxdur.

İqtisadiyyat