Cari ilin yanvar–avqust aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ölkədə 8 min 123 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricini 60,7 faiz üstələyir.
Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, bu ilin 8 ayında kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən 2 min 865 fiziki və hüquqi şəxsə 53,5 milyon manat məbləğində güzəştli kredit verilib. Həmin vəsaitin 41,8 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlərin, 630 min manatı güzəştli kreditlərin, 10,8 milyon manatı isə mikrokreditlərin payına düşüb.