Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar–avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2 milyard 180 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə qeyri–neft sektoru üzrə ixrac olunan məhsullar sırasında meyvə-tərəvəz, kimya sənayesi məhsulları, plastmas, polietilen, polipropilen, alüminium və ondan hazırlanan məmulatlar və pambıq lifi yer alır.
Qeyd edək ki, hesabat dövründə qeyri–neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (752 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Bu siyahıda Türkiyə (395 milyon ABŞ dolları) ikinci və Gürcüstan (158 milyon ABŞ dolları) üçüncü, ABŞ (109 milyon ABŞ dolları) isə dördüncü olub.