Goranboy rayonunda vətəndaş müraciətlərinə həssas yanaşılması, qaldırılan məsələlərin yerində araşdırılması və həlli istiqamətində operativ tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən rayon mərkəzində və yaşayış məntəqələrində mütəmadi olaraq səyyar qəbullar keçirilir. Bu qəbullar zamanı sakinləri narahat edən məsələlər dinlənilir, mövcud problemlər yerində öyrənilir və onların həlli ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaşlarla keçirilən görüş və qəbullarda qaldırılan bütün məsələləri şəxsi nəzarətinə götürür, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verir və həmin tapşırıqların icra vəziyyətini mütəmadi olaraq yoxlayır.
Belə müraciətlərdən biri də Yolpaq və Əhmədabad kəndlərində keçirilən səyyar qəbullar zamanı səsləndirilib. Kənd sakinləri Muzdurlar–Yolpaq–Əhmədabad kəndlərini birləşdirən yolların qum və çınqıl tökülərək hamarlanmasına köməklik göstərilməsini xahiş ediblər.
Müraciət əsasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq yerli bələdiyyə tərəfindən yollarda hamarlama işlərinə başlanılıb.
Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanıb.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti








