Türkiyənin müdafiə şirkətləri İstanbulda keçirilən SAHA EXPO 2026 Beynəlxalq Müdafiə, Aerokosmik və Kosmos Sərgisinin ilk üç günündə təxminən 8 milyard dollar dəyərində ixrac müqavilələri imzalayıblar.
Məlumatı “Anadolu” verib.
SAHA İstanbul sədri Haluk Bayraktar imzalanan müqavilələrin sayının Türkiyə müdafiə sənayesi üçün yeni tarixi rekord qırdığını qeyd edib: “Bu əlamətdar nailiyyətdə əməyi keçən bütün SAHA İstanbul üzvlərini ürəkdən təbrik edirəm”.
Türkiyənin aparıcı müdafiə klasteri SAHA İstanbul tərəfindən təşkil edilən SAHA EXPO 2026, 5-9 may 2026-cı il tarixlərində İstanbul Sərgi Mərkəzində keçiriləcək və 120-dən çox ölkədən iştirakçıları bir araya gətirən müdafiə, aerokosmik və kosmik sənayesinin ən böyük və ən nüfuzlu tədbirlərindən biridir.
Sərgidə Türkiyənin müdafiə şirkətləri və dövlət müəssisələri yeni inkişaflarını və texnologiyalarını nümayiş etdirirlər. “Anadolu” agentliyi SAHA EXPO 2026-nın qlobal kommunikasiya tərəfdaşı kimi çıxış edir.
P.ƏMİRCANOV
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

