“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka di Canfrançeskonun görüşündə iki ölkənin enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri, Prezident İlham Əliyevin bir müddət əvvəl İtaliyaya səfəri və bu səfərin energetika sektoruna verdiyi töhfələr barədə danışılıb.
Söhbət zamanı İtaliyanın “Ansaldo Energia” və digər şirkətlərinin Azərbaycanın enerji sistemində həyata keçirdikləri layihələrdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.