“Ədalətli idman ayı”

post-img

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində idman federasiyalarının baş katibləri ilə görüş keçirilib.

“Ümumdünya Antidopinq Məcəlləsi 2027: Əsas yeniliklər və institusional dəyişikliklər” adlı tədbirdə 40-dək federasiyanı təmsil edən nümayəndələr iştirak ediblər. Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində və beynəlxalq standartlarda nəzərdə tutulan yenilikləri diqqətə çatdırmaq, bu dəyişikliklərin tətbiqi ilə bağlı federasiyaların rolunu və öhdəliklərini izah etmək olub.

Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov antidopinq sahəsində aparılan sistemli tədbirlərin əhəmiyyətini vurğulayaraq, federasiyalarla sıx əməkdaşlığın təmiz idman mühitinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni Məcəllənin tətbiqinin idman idarəçiliyində şəffaflığın və məsuliyyətin daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib, federasiyaları bu istiqamətdə fəal iştirak etməyə çağırıb.

Sonda federasiya nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Qabil YUSİFOĞLU
XQ

İdman