Süfrələrimiz çörəkli, anbarlarımız doludur

post-img

Kənd təsərrüfatı sistemində idarəetmənin təkmilləşdirilməsi və institusional is­lahatların sürətləndirilməsi ilə bağlı son illərdə həyata keçirilən mühüm tədbir­lər sırasında aqroparkların yaradılmasına mühüm önəm verilib. Bu yöndə Pre­zident İlham Əliyevin müvafiq fərmanı ilə dövlət–özəl tərəfdaşlığı mexanizmləri əsasında ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı, ilkin emalı və satışı­nın mütərəqqi forması kimi bu cür aqrar müəssisələrin qurulması geniş vüsət alıb. Aqroparkların formalaşdırılması və fəaliyyəti çərçivəsində aqrobiznes sahələrinə sərmayə yatırımı da həm müvafiq infrastrukturun yaradılmasına dövlət tərəfindən investisiya qoyulması, həm də güzəştli kreditlərin verilməsi ilə stimullaşdırılıb.

Respublikamızda aqroparklar ölkə rəhbərinin 2014-cü il aprelin 16-da im­zaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahat­ların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb. Yeni tipli aqrar müəssisələrinin yaradıl­masında məqsəd ölkədə ərzaq təhlükə­sizliyinin təmin edilməsi və regionlarda işsiziliyin aradan qaldırılmasından ibarət­dir. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılı­ğın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brend­lərin yaradılmasına mühüm töhfələr verir. 

İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində ümumi dəyəri 35 milyon ma­nat olan “Ağcabədi Taxıl Aqropark”ının yaradılması da ərzaq təhlükəsizliyinin tə­min edilməsi istiqamətində atılan uğurlu addımdır. 

Agentlikdən verilən məlumata əsasən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu layihə üçün 9,8 milyon ma­nat güzəştli kredit ayrılıb. Aqroparkın əra­zisində bir sıra kənd təsərrüfatı bitkiləri, eləcə də arpa, buğda becərilməsinə baş­lanılıb. Təsərrüfatda suvarma mənbəyi kimi Yuxarı Qarabağ kanalından istifadə olunması, əkin sahələrinin suvarılmasın­da isə müasir metodlara üstünlük veril­məsi diqqət mərkəzində saxlanılıb. 

“Ağcabədi Taxıl Aqropark”ın fəaliy­yətə başlaması, ümumilikdə, respublika­da taxılçılığın inkişafına göstərilən xüsu­si diqqətdən irəli gəlib. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son illər bu yöndə yaradılan aqroparklar, eləcə də taxılçılığın inkişafı istiqamətində reallaşdırılan layihələr nəti­cəsində ölkədə taxıl istehsalı 2003-cü illə müqayisədə 2022-ci ildə 1,5 dəfə artaraq 3 milyon tonu keçib. Bu dövrdə taxılın məhsuldarlıq göstəriciləri buğdada 21,8 faiz, arpada isə 20,5 faiz artımla qey­də alınıb. Ötən il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 223 min ton və yaxud 2022-ci ilin eyni dövrünə nisbətən 2,9 faiz çox dənli və dənli paxlalı bitkilər yığılıb.

Taxılçılıqda istehsal və məhsuldarlıq göstəricilərinin artımını isə bir sıra amil­lər, məsələn, müasir texnologiyaların bu sahəyə tətbiq olunması şərtləndirib. Yaxud, pivot suvarma sistemlərindən is­tifadə nəticəsində, təqribən, 50 min hek­tardan çox iri taxılçılıq sahələrinin suvarıl­masında yüksək göstəricilər əldə olunub. Bu sahədə işlədilən yüksək reproduktiv toxumlar hesabına isə keyfiyyət göstəri­ciləri daha da yaxşılaşdırılıb. 

Prezident İlham Əliyev aprelin 16-da Hacıqabulda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasi­mindəki çıxışında bildirib ki, rayonda yer­ləşən aqroparkda 4 mindən çox hektarda taxıl əkini aparılıb, məhsuldarlıq hər hek­tardan buğda üzrə 7 tona yaxın olub: “İndi müqayisə üçün deyim ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Burada – Hacıqabulda heç vaxt o sahələrdə əkin aparılmamışdır – nə sovet vaxtında, nə müstəqillik dövrün­də. Çünki su yox idi və torpaq da o qədər münbit deyil. Su olanda, yeni texnologi­yalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə, bax, biz bu nəticə­ni görürük –Hacıqabulda hər hektardan 7 ton. Amma torpağı daim münbit olan yer­lərdə bu rəqəm daha da arta bilər”. 

Son illərdə taxılçılığın inkişafını sürətləndirmək məqsədilə buğda isteh­salının sürətli inkişafı ilə əlaqədar müxtə­lif normativ–hüquqi aktlar imzalanıb, bu məsələyə dövlət proqramları və hökumət strategiyalarında geniş yer verilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il 7 oktyabr tarixli fərmanı əsa­sında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsi yaradılıb. Bu quruma ölkəni strateji əhəmiyyətli mallarla, o cümlədən ərzaqlıq buğda ilə təchizatının dayanıqlı­lığını gerçəkləşdirmək və daxili bazarda qısamüddətli kəskin qiymət dəyişmələri­nin qarşısını almaq istiqamətində mühüm vəzifələr tapşırılıb. 

Torpaq–iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özü­nütəminetmə səviyyəsinin yüksəltmək üçün Prezident İlham Əliyevin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəl­dilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexanizmi yaradı­lıb. Bu mexanizmə görə, artıq ötən ildən pivot suvarma tətbiq edilməklə Dövlət Ehtiyatları Agentliyinə və un dəyirman­larına istehsal olunaraq təhvil verilən ər­zaqlıq buğdaya görə məhsul subsidiyası­nın ödənilməsinə başlanılıb. 

Bütün bunlarla bərabər, respublikada ərzaqlıq buğda ilə özünütəminetmə sə­viyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə döv­lət başçısının müvafiq fərmanına əsasən, ərzaqlıq buğdaya 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb. 

Respublikada aqrar sığorta siste­minin təşkili, inkişafı və dayanıqlılığının təmin edilməsi məqsədilə 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq fərma­nı ilə Aqrar Sığorta Fondu təsis edilib və “Aqrar sığorta haqqında” Qanun qəbul olunub. Bununla da taxılçılıq məhsulları­nın sığortalanmasına başlanılıb. 

Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə texnika parkının yenilənməsi, aqrotex­niki xidmətlərə əlçatanlığın reallaşması məsələləri diqqət mərkəzində saxlanılıb və toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi yüksəlib, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib.

Qarabağ və Şərqi Zəngəzurun ölkə­mizin kənd təsərrüfatına reinteqrasiyası istiqamətində mühüm layihələr həyata keçirilməsi də qarşıya prioritet vəzifə kimi qoyulub. Bu məqsədlə 2022/2023-cü illər mövsümündə artıq 70 min hektardan çox sahə əkinə cəlb edilib. Qısa müddət ər­zində bu regionlar üzrə əkin dövriyyəsinə cəlb edilməsi proqnozlaşdırılan sahələrin az qala yarısında təsərrüfat işlərinin apa­rılması üçün tələb olunan texnika və digər istehsal vasitələri ilə təminatın yüksək səviyyədə gerçəkləşdirilməsi təcrübəsi yaradılıb. Eyni zamanda, azad olunan ərazilərdə taxıl əkininin müasir texnologi­yalardan istifadə olunmaqla həyata keçi­rilməsi üçün minlərlə hektar sahəni əhatə edəcək pivot suvarma infrastrukturunun qurulmasına başlanılıb.

Ölkədə taxılçılığın inkişafına müsbət təsir göstərən amillər sırasında bu sahə üzrə ixtisaslaşan texnikanın sayının da­vamlı olaraq artması da önəmli rol oy­nayıb. Belə ki, respublikada son 20 il ər­zində müasir kənd təsərrüfatı texnikası, təqribən, 2,8 dəfə artılb.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat