Bülbülün Memorial Muzeyində “Zəfər Yolu” adlı sərgi açılıb

post-img

Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdində incəsənət gimnaziyasının birgə təşkilatçılığı ilə Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “Zəfər Yolu” adlı sərgi açılıb.

Muzeydən XQ-yə bildirilib ki, sərginin açılışında 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin xalqımızın birliyinin, sarsılmaz iradəsinin və gücünün təcəssümü olduğu vurğulanıb. Qeyd olunub ki, bu Qələbə Azərbaycan xalqının milli ruhunun və dövlətimizin qüdrətinin bariz göstəricisidir.

Muzeydə təşkil olunmuş sərgidə AMK-nın nəzdində incəsənət gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin qəhrəmanlıq, vətənpərvərlik və zəfər mövzularını əks etdirən əsərləri nümayiş etdirilir.

Qeyd edək ki, sərgi noyabrın 16-dək davam edəcək.













Mədəniyyət