Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I); 2024, № 5 (I kitab), maddə 515) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə üzrə:

1.1. adından “məqsədi və fəaliyyət” sözləri çıxarılsın;

1.2. 2.1-ci bənd ləğv edilsin;

1.3. 2.2.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.2.9-cu və 2.2.10-cu yarımbəndlər əlavə edilsin:

“2.2.9. enerji effektivliyi fondunun vəsaitini idarə edir;

2.2.10. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.”.

2. 3-cü hissə üzrə:

2.1. aşağıdakı məzmunda 3.1.34-1-ci yarımbənd əlavə edilsin:

“3.1.34-1. enerji effektivliyi fondunun vəsaiti hesabına “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində nəzərdə tutulmuş stimullaşdırıcı tədbirləri həyata keçirir;

2.2. 3.1.39-cu yarımbəndə “vəsaitlərindən” sözündən sonra “, habelə enerji effektivliyi fondunun vəsaitindən” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2025-ci il

Fərmanlar