Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,147 milyon manat (keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çox) təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 5,149 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 990 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62 faizini təşkil edib.
XQ