Mərkəzi Bank sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında son 20 ildə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli inkişaf mərhələsi keçdiyini, 4 dəfədən çox böyüdüyünü bildirib.
Rəşad Orucovun sözlərinə görə, artıq ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, makroiqtisadi dayanıqlılıq, iqtisadi artımın inklüzivliyi təmin edilib, cəmiyyətin həyat səviyyəsi xeyli yüksəldilib, infrastruktur müasirləşdirilib, iqtisadiyyatımızın instusional mühiti yaxşılaşdırılıb. Azərbaycan maliyyə bazarları da son illər davamlı inkişafla müşahidə olunub.
XQ