İnsan alveri qurbanları sosial-hüquqi, sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təmin olunurlar

post-img

30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günüdür.

BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir.

Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilməklə bərabər, insan alveri qurbanlarının sosial müdafiəsi, onların reabilitasiyası istiqamətində də işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanları və potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olanlar) sosial-hüquqi, sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təmin olunurlar.

Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən həmin şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilərək həyata keçirilir.

İnsan alveri qurbanları və potensial insan alveri qurbanları aktiv məşğulluq proqramlarına cəlb edilməklə, onların məşğulluğuna da dəstək göstərilir. Eyni zamanda insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün bölgələrdə maarifləndirici  tədbirlər də həyata keçirilir.

Sosial həyat