Yolda özümüzün və başqalarının həyatına biganə qalmayaq!

post-img

Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir. Bəzən insan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti də yəqin ki, hər kəsə məlumdur.

Məlumatı DİN-in mətbuat xidməti yayıb. 

Təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq.

Sumqayıt şəhəri, Sahil küçəsində qeydə alınan bu videogörüntüdəki  yol-nəqliyyat hadisəsinə təbii ki, araşdırmalardan sonra hüquqi qiymət veriləcək. Amma, əfsus ki, kobud qayda pozuntularının müşahidə edildiyi bu qəzada həlak olan sərnişini həyata qaytarmaq mümkün olmayacaq.

Dəyərli sürücülər! Unutmayın!

Tutduğunuz sükan həm də sizin və həyatını sizə etibar edənlərin taleyini idarə edir. Özümüzün və başqalarının həyatına biganə qalmayaq!

P.ƏMİRCANOV
XQ

Sosial həyat