“AzerGold” ölkəmizə 1,2 milyard manat qazandırıb

post-img

Azərbaycanın dağ-mədən sənayesində səmərəli fəaliyyəti ilə diqqətçəkən “AzerGold” qeyri neft-qaz sektorunun ümumdaxili məhsulda çəkisinin artı­rılması, ölkəmizin ixrac potensialının yüksəldilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İçə­rişəhərdə Azərbaycanda zərgərlik sənə­ti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.

Z.İbrahimov sözügedən sektor üzrə ixracatçı dövlət subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold”un bu­günədək 412 min unsiya qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4 ton) ixra­cını həyata keçirdiyini, əlavə olaraq yerli bazarda 15 min unsiya (0,5 ton) qızıl və 100 min unsiya (3,1 ton) gümüş reallaş­dırdığını, eyni zamanda, bu əməliyyat­lar nəticəsində əldə edilən ümumi gəlirin 1 milyard 232 milyon manatı ötdüyünü diqqətə çatdırıb. 

“AzerGold”un ölkəmizin dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliy­yətindən danışan Z.İbrahimov qeyd edib ki, şirkətin hasilat və istehsal fəaliyyəti fo­nunda yerli icmalarla iş, ətraf mühitin mü­hafizəsi, sosial-iqtisadi inkişaf kimi vacib sahələrə davamlı töhfələrin verilməsi də əsas məqsədlər sırasına daxildir.

“AzerGold” QSC İdarə Heyəti səd­rinin sözlərinə görə, qurum tərəfindən “yaşıl” iqtisadiyyat, rəqəmsal transforma­siya, innovativ həllərin tətbiqi, ekosiste­min gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır və gələcəkdə də bir sıra yeniliklər nəzərdə tutulur.

XQ

İqtisadiyyat