“Bərgüşadçay” su anbarı bu il işə salınacaq

post-img

İşğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen mediaya müsahibəsində bildirib ki, ümumi su tutumu 70,5 milyon kubmetr olan “Bərgüşadçay” su anbarının inşasının bu il tamamlanacağı gözlənilir. 

A.Aygenin sözlərinə görə, su anba­rı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinə zəmin ya­ranacaq, uzunluğu 61,5 kilometr olan magistral boru kəməri vasitəsilə isə “Qız qalası” hidroqovşağından su gö­türəcək magistral kanalın qidalandırıl­ması üçün saniyədə 12 kubmetr suyun verilməsi mümkün olacaq. 

XQ

İqtisadiyyat