Xalçalarımız ABŞ və Avropa bazarlarında layiqli yer tutur

post-img

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətin (ASC) yaydığı məlumatda bildirilir ki, qurum tərəfindən ötən il 2 min 725 kvadratmetr xalça istehsal olunub, bunun 22,5 faizi ixrac edilib. 

Məlumatda, eyni zamanda vurğu­lanır ki, hesabat dövründə xalça ixracı 2022-ci illə müqayisədə 29 faiz artaraq 612 kvadratmetr təşkil edib. Hazırda Azərbaycan xalçalarının ABŞ və Avro­pa İttifaqı ölkələrinə ixracına başlanı­lıb. Xalçalar, əsasən, ABŞ, Almaniya, İspaniya, İsveçrə, Latviya kimi ölkələrə tədarük edilir.

Hazırda Azərbaycanın ipək xalça­larına tələbat daha çox olduğuna görə, bu məhsullar uğurla satılır. Buna görə də ötən ildən etibarən ənənəvi xalçalar əsasında ipək xalçaların toxunmasına başlanılıb. 

Məlumatda o da qeyd edilir ki, he­sabat ilində “Azərxalça”nın Avropa Şu­rasının baş qərargahında, Fransanın Strasburq şəhərində, Vyanada fəaliy­yət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində, Latviyanın Liepaya şəhər muzeyində açılan sərgidə, Nyu-Yorkda­kı “Türk evi”ndə, İspaniyanın Kral Xalça Fabrikinin sərgi salonunda Azərbaycan xalçalarının sərgiləri təşkil olunub.

XQ

İqtisadiyyat