Şərqi Zəngəzurda sənaye zonaları yaradılacaq

post-img

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq. Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Bildirilib ki, artıq bu istiqamətdə hazırlıq işləri görülür, yaxın vaxtlarda adları çəkilən ərazilərdə layihələndirmə işlərinin aparılmasına başlanılacaq.

Xatırladaq ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” və Ağdam Sənaye Parkıdır.

XQ

İqtisadiyyat