Azərbaycan Şərqdən Qərbə “yaşıl enerji” körpüsü salır

post-img

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası öz işini başa çatdırdı. Yubiley tədbiri, həm də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük və möhtəşəm iclas kimi yadda qaldı. Belə ki, Azərbaycanla Avropa ölkələri arasında mühüm enerji dialoqu kimi xarakterizə olunan budəfəki toplantı istər iştirakçı sayına, istərsə də müzakirə olunan məsələlər baxımından əvvəlkilərdən xeyli dərəcədə fərqlənirdi. İclasa Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, eləcə də bir sıra beynəlxalq təşkilat və enerji şirkətləri qatılmışdı ki, bu da respublikamıza, onun təbii resurslarına olan böyük inamın, marağın göstəricisi idi. 

Məlum olduğu kimi, ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şura­sının iclası ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası da keçirildi. Bu isə Azərbay­canda elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə və cari ilin noyabr ayında ölkəmizdə keçirilə­cək COP29 konfransından əvvəl müstəsna əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Yeri gəlmiş­kən, Bakıda artıq ikinci dəfə keçi­rilən Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin iclası heç də təsadüfi xarakter daşımırdı. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ar­tıq uzun illərdir ki, özünü Avropa İttifaqının ənənəvi enerji sahəsində etibarlı tərəfdaşı kimi təsdiq edən Azərbaycan artıq “köhnə qitə”də, eləcə də bütün dünyada prioritet elan olunmuş “yaşıl keçid” platfor­masının da fəal iştirakçılarından birinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlə­rinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasında çıxışı zamanı diqqəti bu mühüm məqama yönəldərək de­yib: “Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bizim bərpaolunan enerji la­yihələrimiz yüksək göstəricilər nü­mayiş etdirir”.

Azərbaycanın “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji potensialı ki­fayət qədərdir. Belə ki, təsdiqlən­miş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkə­mizin bərpaolunan enerji sahəsin­də potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpaolu­nan enerji potensialına malik oldu­ğunu təsdiqləyib. 

Məlum olduğu kimi, bir neçə ildir ki, ölkəmizdə bərpaolunan enerji potensialının hərəkətə gə­tirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan ölkəmizin əsas investorları sayılan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri xüsusi fəallıqları ilə seçilir. Artıq “Masdar” şirkəti­nin layihəsi olan Qaradağ Günəş Elektrik Stansiyası real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin ok­tyabr ayında istismara verilmiş 230 meqavatlıq stansiyadan təmiz enerji alınır. Bununla yanaşı, hazır­da “ACWA Power” şirkəti tərəfin­dən 240 meqavatlıq “Xızı–Abşe­ron” Külək Elektrik Stansiyasının tikintisi davam edir. Bütün bunlarla yanaşı, ötən müddətdə imzalanmış müqavilələrə və anlaşma memo­randumlarına əsasən, Azərbaycan 2030-cu ilədək 5 min meqavata qə­dər günəş və külək enerjisi istehsal etməyi hədəfləyir. 

Dövlətimizin başçısı Bakıda ke­çirilən məlum enerji toplantısında bununla bağlı nikbin fikirlər səs­ləndirib: “Bizim bərpaolunan ener­ji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı po­tensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzər­də tuturuq. Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xət­lərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır”.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson Ba­kıda keçirilən ənənəvi enerji top­lantısının önəmini vurğulayaraq deyib ki, nazirlərin iclası Cənub Qaz Dəhlizi, həmçinin bərpao­lunan enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foru­ma çevrilə bildi: “Biz təmiz ener­jini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik. Biz bu­rada, küləklər şəhərindəyik. Bu, Xəzər dənizində böyük bərpao­lunan enerji potensialının növbəti bir nümunəsidir”. Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşla­ra qoşulduğunu xatırladan enerji komissarı, həmçinin qeyd edib ki, həmin beynəlxalq təşəbbüs, bey­nəlxalq ticarət və sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq və milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxi­lində aydın şəkildə müəyyən edil­miş öhdəliyə uyğundur. 

Tədbir çərçivəsində “yaşıl ener­ji” sahəsində sənədlər imzalanıb. Bu baxımdan Azərbaycanın Ener­getika Nazirliyi yanında Bərpa Olu­nan Enerji Mənbələri Dövlət Agent­liyi və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyası arasında külək enerjisi sahəsində əməkdaş­lığa dair Anlaşma Memorandumu diqqəti xüsusilə cəlb edir. Belə ki, sözügedən sənəddə külək enerjisi komponentlərinin yerli və Avro­pa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, isteh­sal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq öz əksini tapıb. 

“WindEurope”un baş direktoru Gils Dikson imzalanma mərasimin­də çıxışı zamanı bildirib ki, Azər­baycan və Avropa Külək Enerjisi Assosiasiyası arasında əməkdaş­lıq “yaşıl enerji” sahəsində Avropa üçün yeni perspektivlər açır. Onun sözlərinə görə, bu memorandum üç giqavatlıq quruda enerji və ən azı yeddi giqavatlıq dəniz enerjisi istehsal etmək kimi iddialı külək enerjisi məqsədlərimizə çatmağa kömək edəcək. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək “yaşıl ar­tım”ı və bərpaolunan enerji növlə­rinin yaradılması, dünya bazarına nəqlini prioritetləşdirən siyasəti olkənin nəhəng kulək enerjisi po­tensialından müasir texnologiyalar, qabaqcıl təcrübə və beynəlxalq enerji tərəfdaslığı əsasında ge­niş istifadəni aktuallaşdırdığını diqqətə çatdıran energetika naziri Pərviz Şahbazov isə qeyd edib ki, “WindEurope” ilə əməkdaşlığımız Xəzərin külək enerjisinin Avropaya ixracı ilə bağlı səylərimizi dəstək­ləməklə Aİ ilə strateji tərəfdaşlığı­mıza da töhfə verəcək.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası çərçivəsin­də, həmçinin Azərbaycanın Ener­getika Nazirliyi ilə “Nobel Energy” və İspaniyanın “Elecnor” şirkətləri ilə külək və günəş enejisi layihələri üzrə əməkdaşlıq sənədləri imzala­nıb. 

Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalan­mış Anlaşma Memorandumu Cəb­rayıl rayonunda 100 meqavat gü­cündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 meqavatı ilkin mərhələdə, daha 50 meqavatı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həc­mində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.

İspaniyanın “Elecnor” şirkə­ti arasında imzalanmış Anlaşma Memorandumu isə Qaradağ rayo­nunda 70 meqavat gücündə külək elektrik stansiyası layihəsinin hə­yata keçirilməsi sahəsində əmək­daşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplan­ması və təhlili, həmçinin enerji sax­lanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inki­şafı üzrə də əməkdaşlıq ediləcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat