Azərbaycan–Türkiyə qardaşlığı Türk birliyinin təməlidir

post-img

Martın 2-də III Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakaya ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov arasında görüş keçirilib. 

Antalya Diplomatiya Forumunun önəmindən bəhs edən Zafer Sırakaya YAP nümayəndə heyətinin səfərinin və Forumda yüksək səviyyədə iştirakının Azərbaycan–Türkiyə dostluq və qar­daşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib. 

Özünün ərazi bütövlüyünü və su­verenliyini bərpa edən Azərbaycanın regionda və müasir beynəlxalq müna­sibətlər sistemində mövqelərini möh­kəmləndirdiyini diqqətə çatdıran Zafer Sırakaya ölkəmizə qarşı bəzi qərəzli dairələrin, o cümlədən AŞPA-nın qey­ri-obyektiv mövqeyinin qəbuledilməz olduğunu söyləyib. O, Azərbaycan–Türkiyə birliyinin Türk dünyasında rifah və tərəqqiyə xidmət etdiyini, sinxron fəaliyyətin Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsinə hədəflən­diyini qeyd edib.

YAP Sədrinin müavini Tahir Bu­daqov “bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan–Türkiyə müna­sibətlərinin əsrlərin sınağından şərəflə çıxdığını vurğulayıb. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin, Azərbaycan ilə Tür­kiyənin birgə təşəbbüsləri nəticəsində Türk dünyasında həmrəyliyin güclən­məsinin bəzi dairələri ciddi narahat etdiyini bildirib. Tahir Budaqov belə cəhdlərin istər Azərbaycanın, istərsə də Türkiyənin müstəqil və prinsipial siyasətinə təsir göstərə bilməyəcəyini vurğulayaraq, iki qardaş ölkənin öz inki­şaf yolunda inamla irəlilədiklərini qeyd edib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hə­min gün Şimali Kipr Türk Cümhu­riyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstel ilə də görüşüb. 

Görüşdə xalqlarımız arasında ortaq dəyərlərə və tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığı vurğula­nıb. Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sıx təmasların olduğu, müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaş­lıq üçün geniş imkanların mövcudluğu diqqətə çatdırıb.

XQ



Son xəbərlər