Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrol səfərində

post-img

Lənkəran Dövlət Dram Teatrının yaradıcı heyəti M.Əliyevin “Kölgəli üz” tamaşası ilə Lerik rayonunda çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Emil Əskərovdur.

XQ xəbər verir ki, tamaşadan əvvəl Teatrın Kommunikasiya və Strategiya şöbəsinin müdiri Namiq Ağayev, teatrın direktoru Laləzar xanım Hüseynovanın adından tamaşaçıları salamlayaraq göstərilən diqqət və yaradılan şəraitə görə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasova minnətdarlığını bildirib.

Səhnə əsəri Lerik tamaşaçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Sonda Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Habil müəllim kollektivin çıxışını yüksək qiymətləndirərək təşəkkürünü ifadə edib.

Mədəniyyət