Manisada Azərbaycan izi: görüşlər, gənclərlə dialoq və beynəlxalq festival

post-img

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyində dərnək üzvləri və Manisada təhsil alan azərbaycanlı gənclərlə görüş olub.

XQ xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şahin Camalov gənclərin milli-mənəvi dəyərlərin qorunması və təbliğindəki rolunu xüsusi vurğulayıb. Gənclərin təhsillərini yüksək səviyyədə başa vurub ixtisaslı kadr kimi Vətənə qayıtmalarının vacibliyini diqqətə çatdırıb. 

Eyni zamanda, Manisa Azərbaycan Evi Mədəniyyət Mərkəzinə baxış keçirilib, mərkəzin fəaliyyəti ilə tanışlıq olub. Bildirilib ki, dərnəklə Manisa Bələdiyyəsi arasında əməkdaşlıq çərçivəsində mərkəzdəki bərpa və təmir işlərinin cari ilin iyun ayının əvvəlinədək yekunlaşdırılması planlaşdırılır.

Komitənin şöbə müdiri səfər zamanı Manisa şəhərində keçirilən 486-cı Beynəlxalq Mesir Məcunu Festivalına da qatılıb. Osmanlı dövrünə söykənən ənənələri yaşadan bu festivalda 17 ölkədən nümayəndələr təmsil olunub. 

Qeyd edək ki, bu səfər Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, gənclərlə işin genişləndirilməsi və yerli qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.







Sosial həyat