Azərbaycan – BƏƏ iqtisadi əməkdaşlığı genişlənir

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə BƏƏ arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə olunub.

Tərəflər siyasi dialoqun yüksək səviyyəsini məmnunluqla qeyd edərək iqtisadiyyat, ticarət, investisiyalar, enerji (o cümlədən bərpaolunan enerji), nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

C.Bayramov Azərbaycanın əlverişli investisiya mühiti və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib, BƏƏ şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.

XQ

Son xəbərlər