Beynəlxalq Şahmat Festivalının açılışı

post-img

Bakı Kristal Zalın Sərgi mərkəzində Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. AŞF-nin prezidenti Mahir Məmmədov festivalda rekord sayda – 980 iştirakçının mübarizə apardığını bildirib. O, Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını qeyd edib. Qurum rəsmisi dövlət tərəfindən şahmata yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda şahmat ənənəsini olduğunu bildirib. O, idmançıların beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyev bütün idman növlərinə yüksək səviyyədə qayğı göstərir.

Xatırladaq ki, “Baku Open” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 min ABŞ dolları olacaq. Yarışa mayın 6-da yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ









İdman