Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu başa çatıb.
“Palms Sports Arena”da təşkil olunan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı klubunun qollarını Emil Səfərov və Bassala Sambu vurub. Qonaqların qoluna isə Elvin Bədəlov avtoqolla imza atıb.
Ağdam təmsilçisi 59 xalla ikinci, “ağ-qaralar” isə 47 xalla dördüncü pilləyə yüksəlib.

