“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında QSC üzrə hesabat dövründə yerli və beynəlxalq bazarlarda, ümumilikdə, 68,1 min unsiya qızıl və 119,8 min unsiya gümüşün satışının həyata keçirildiyi, 2022-ci illə müqayisədə ümumi qızıl satışında 7 faiz artım qeydə alındığı bildirilib.
Konfransda ümumi satış həcmindən qızıl üzrə 62,1 min unsiyanın, gümüş üzrə isə 90,8 min unsiyanın beynəlxalq bazarlarda realizə olunduğu da vurğulanıb. Daxili bazarın tələbatına uyğun olaraaq xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29,1 min unsiya gümüşün satışı həyata keçirilib. Beləliklə, 2017–2023-cü illərdə ümumi satış göstəriciləri 416 min unsiya qızıl, 853 min unsiya gümüş təşkil edib.
Hesabat yığıncağında, həmçinin bildirilib ki, beynəlxalq, eləcə də yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 233 milyon manat məbləğində gəlir əldə edilib. 2022-ci illə müqayisədə ümumi satış gəlirlərində 15 faiz artım qeydə alınıb. Bu vəsaitin 210 milyon manatını ixrac, 22,7 milyon manatını daxili satış gəlirləri təşkil edib.
XQ