“Azərişıq” Kəlbəcərin elektrik şəbəkəsini bərpa edir

post-img

“Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda güclü yağan qar və şaxtaya baxmayaraq, dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə yenidənqurma işlərini və fasiləsiz xidməti davam etdirir.

ASC-dən verilən məlumata görə, qurumun əmək­daşları yağan qarın hündürlüyünün insan boyunu ötən ərazilərdə belə elektrik şəbəkəsinin transformatorları­nı qardan təmizləyir, yeni quraşdırılan güc transforma­torlarının işə salınması üçün tədbirlər görürlər.

Kəlbəcər rayonunun Zar-Zəylik kəndi ərazisində yerləşən 160 KVA-lıq transformatora gərginlik veri­lib, uçot komplekt qurulub və 0.4 kV-luq kabel çəkilib. Həmçinin Qarabağ RETSİ (Regional Enerji Təchizatı və Satışı idarəsi) Kəlbəcər elektrik şəbəkəsinin xidmə­ti ərazisində yerləşən İstisu istiqamətində yeni çəkil­miş 35 kV-luq ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqil) kabel xəttinə gərginlik verilib. Quraşdırılmış 160 KVA-lıq transformator montaj olunub və 0.4 kV-luq kabel xətti çəkilərək uçot komplekti quraşdırılıb.

“Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qu­rulması ilə bağlı işləri ölkənin bütün regionlarında pa­ralel olaraq davam etdirir. Yaranan problemlərin müm­kün qədər tez vaxtda aradan qaldırmağa çalışır.

XQ

İqtisadiyyat