“Azərkosmos” 14,4 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib

post-img

Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 46 ölkəsinə 14,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. 

“Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 45 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ, 815 min ABŞ dolları ilə Almaniya və 572 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat