SOCAR 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edib

post-img

Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında qurumun cari ilin üçüncü rübündə 15 min metrdən çox qazma işləri həyata keçirdiyi, 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın isə qaz hasil olunduğu bildirilib.

Ölkə üzrə, ümumilikdə, ilin əvvə­lindən 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artıb.

Hesabat dövründə SOCAR dünya bazarlarına 4,4 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 71 milyon kubmetr təbii qaz ixrac edib. Şirkət öz imkanları ilə hasil etdiyi neftdən əlavə olaraq, beynəlxalq konsorsiumlar çər­çivəsində Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. 

Ümumilikdə cari dövrdə ölkə üzrə 5,8 milyard kubmetrdən çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 12,9 faiz artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona yaxın neft, 811 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Rüb ərzində SO­CAR-ın respublikamızdakı müəs­sisələrində istehsal olunan 592 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Həmin dövrdə ölkə əra­zisində təbii qaz istehlakı təqribən 2,5 milyard kubmetr təşkil edib.

XQ

İqtisadiyyat