Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru öz gücü ilə dirçəldir

post-img

Gələn il bərpa-quruculuq işlərinə 4 milyard manat ayrılacaq

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin torpaqlarda müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2024-cü ilin dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulub.

Bununla yanaşı, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 355 milyon manat vəsait proqnozlaşdırılıb. Bu vəsaitin keçmiş məcburi köçkün statusu olan və onla­ra bərabər tutulan şəxslərə (467 min nəfərə) 60 manat və 33 manat məb­ləğində vahid aylıq müavinətin veril­məsi üçün 317 milyon manat, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kom­munal xidmətlərin haqqının dövlət bü­dcəsinin vəsaiti hesabına qarşılanması üçün 21 milyon manat, digər tədbirlər üçün 18 milyon manat vəsait proqnoz­laşdırılıb.

XQ

İqtisadiyyat