Londonun ICE Futures birjasında səhər keçirilən hərraclarda Brent markalı neftin dekabr fyuçerslərinin dəyəri 2,5 faiz artlb. Bir barel üçün 92,15 dollar təşkil edib. Kotirovkalar oktyabrın 2-dən bəri ilk dəfə bir barel üçün 92 dolları ötüb.
Lakin sonradan yanacağın qiyməti aşağı düşüb. Bu markalı neftin bir barreli 91,39 dollara satılıb. Sonra isə qiymət yenidən artıb və bir barel üçün 92,29 dollar təklif edilib.
Nyu-York əmtəə birjasında isə WTI markalı neftin bir barelinin qiyməti 1,93 faiz artaraq 88,34 dollar təşkil edib. Neftin bahalaşmasına səbəbi isə artan geosiyasi gərginlik və üçüncü rübdə Çinin ümumi daxili məhsulunun gözləniliyindən daha yüksək artım tempidir. Bu rəqəm 4, 9 faiz olub.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 dollar azalaraq 94,28 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
P.ƏFƏNDİ